×
A
A
A
Sazlamalar

Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər vuran şəxslər saxlanılıblar

Bakı, 19 yanvar, AZƏRTAC

Səbail rayonunda Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər vuran şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat axtarış tədbirləri keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu əməli törətməkdə şübhəli bilinən şəxslər – 1991-ci il təvəllüdlü Vüqar Tağızadə və 1996-cı il təvəllüdlü Allahverdi Məmmədli Səbail Rayon Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunaraq saxlanılıblar.
Bu hərəkətlərdə xuliqanlıq, tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama əməlinin tərkib əlamətləri olduğundan fakta görə Səbail Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221-cü (Xuliqanlıq) və 246-cı (Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama) maddələri ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Hadisə 2022-01-19 11:42:00