×
A
A
A
Sazlamalar

Gürcüstanda koronavirusa gündəlik yoluxma sayında yeni antirekord qeydə alınıb

Tbilisi, 19 yanvar, AZƏRTAC
Gürcüstanda koronavirusa yoluxma sayında yeni antirekord qeydə alınıb. Son sutkada ölkədə daha 8 728 nəfər koronavirusa yoluxub, 43 pasiyent pandemiyanın qurbanı olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin rəsmi stopcov.ge saytında məlumat yerləşdirilib.
Bildirilib ki, bununla da ölkədə indiyədək COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 1 015 592-yə, ölənlərin sayı isə 14 555-ə çatıb.
Son 24 saat ərzində 8 545, ümumilikdə isə 943 212 nəfər müalicə olunaraq sağalıb.
Hazırda ölkədə 57 799 nəfər aktiv koronavirus xəstəsi var.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi 

Dünya 2022-01-19 11:38:00