×
A
A
A
Sazlamalar

“Nizami Gəncəviyə məktub” beynəlxalq esse müsabiqəsinə 9 ölkədən 225 esse təqdim olunub

Bakı, 19 yanvar, AZƏRTAC
Ötən il dövlətimizin başçısı tərəfindən ölkəmizdə elan edilən “Nizami Gəncəvi İli” çərçivəsində Azərbaycanda və xaricdə 100-dən artıq tədbir təşkil olunub. Nazirlik tərəfindən ötən il elan edilən “Nizami Gəncəviyə məktub” beynəlxalq esse müsabiqəsi də başa çatıb. Müsabiqəyə 9 ölkədən 225 esse təqdim olunub. Hazırda müsabiqənin qiymətləndirmə prosesi aparılır və qaliblər bu il elan ediləcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri mədəniyyət naziri Anar Kərimov ötən il nazirlik tərəfindən mədəniyyətin müxtəlif sahələri üzrə görülən işlər barədə hesabat məruzəsində deyib.
“TÜRKSOY və UNESCO-da dahi Nizamiyə həsr edilən tədbir və sərgilər böyük şairin irsinin təbliğində mühüm addımlar idi. “Nizami Gəncəvi İli”nə həsr olunan VII Beynəlxalq Kitab Sərgisində 12 ölkədən 40-dan çox xarici təşkilat və nəşriyyat iştirak edib. Bakıda, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısında “İşıq festivalı” adlı audiovizual layihə həyata keçirilib. Rusiyanın Sankt-Peterburq şəhərindəki Dövlət Ermitaj Muzeyində Nizaminin 880 illik yubileyi qeyd olunub”,- deyə nazir bildirib.

 

Mədəniyyət 2022-01-19 11:20:00