×
A
A
A
Sazlamalar

Restoranda yas məclisi təşkil edən şəxslər inzibati qaydada həbs olunublar VİDEO

Bakı, 19 yanvar, AZƏRTAC

Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri profilaktik tədbir zamanı Lökbatan qəsəbəsindəki “Lion Garden” restoranında dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, karantin qaydalarına zidd olaraq yas mərasiminin keçirildiyi müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları obyektə baxış keçirərkən karantin qaydalarının kobud şəkildə pozulduğunu aşkarlayıblar.
Restoranı icarə əsasında işlədən Elməddin Əliyev və yas mərasimini təşkil edən Vasif Yəhyayev saxlanılaraq polis idarəsinə gətiriliblər. Onların barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə göndərilib. Hər iki şəxs məhkəmənin qərarı ilə səkkiz sutka inzibati qaydada həbs edilib.

 

Hadisə 2022-01-19 11:10:00

Video