×
A
A
A
Sazlamalar

UNEC-də Ümumxalq Hüzn Gününə həsr olunan virtual sərgi hazırlanıb

Bakı, 19 yanvar, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kitabxana-İnformasiya Mərkəzi 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı virtual kitab sərgisi və fotostend hazırlayıb.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, bütün tədris binalarının kitabxanalarında 20 Yanvara həsr edilmiş kitab sərgiləri, fotolardan ibarət guşələr yaradılıb.
Sərgi və guşələrlə yaxından maraqlanan tələbələrə 20 Yanvar hadisələri barədə məlumat verilir.
UNEC-in e-kitabxanasındakı virtual sərgidə isə həmin hadisələri əks etdirən Azərbaycan, rus, ingilis dillərində kitablar haqqında məlumat verilir.

 

Elm və təhsil 2022-01-19 11:09:00