×
A
A
A
Sazlamalar

Qanunsuz saxlanılan silah-sursatın aşkarlanması istiqamətində əməliyyat tədbirləri davam etdirilir

Bakı, 19 yanvar, AZƏRTAC

Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 18-də respublikanın müxtəlif rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı 8 ov tüfəngi götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, faktla bağlı polis şöbələrində araşdırmalar aparılır.

 

Hadisə 2022-01-19 11:02:00