Neft qiymətləri bahalaşmaqda davam edir
Bakı, 19 yanvar, AZƏRTAC
Dünya birjalarında neft qiymətləri bahalaşıb.
AZƏRTAC xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,90 dollar artaraq 88,41 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1 dollar bahalaşaraq 86,43 dollar olub.
Qeyd edək ki, “Brent” markalı neftin qiyməti ötən gün 2014-cü ilin oktyabr ayından bəri ilk dəfə 87 dollar həddini keçib.
Azərbaycan neftinin qiyməti dəyişməyib
Dünya birjalarında neft ucuzlaşıb
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
Dünya birjalarında neft bahalaşıb
Növbəti həftə 1 şəhər və 3 rayonda “Azəriqaz”ın “Açıq mikrofon” aksiyası keçiriləcək