×
A
A
A
Sazlamalar

Şahmatçımız “Marienbad Open 2022” turnirində mübarizəsini davam etdirir

Bakı, 18 yanvar, AZƏRTAC

Çexiyanın Marianske-Lazne şəhərində “Marienbad Open 2022” şahmat festivalı davam edir.
AZƏRTAC xəbər verir ki, yarışda Azərbaycanı qrossmeyster Azər Mirzəyev təmsil edir. Şahmatçımız 4 turun nəticəsinə görə 2,5 xalla dördüncü pillədədir. Doqquz turdan ibarət olan yarış yanvarın 22-dək davam edəcək.

 

İdman 2022-01-18 21:12:00