Azərbaycan Gimnastika Federasiyasının 12-ci ümumi yığıncağı keçirilib
Bakı, 18 yanvar, AZƏRTAC
Yanvarın 18-də Milli Gimnastika Arenasında Azərbaycan Gimnastika Federasiyasının (AGF) 12-ci ümumi yığıncağı keçirilib.
AGF-dən AZƏRTAC-a bildiriblər ki, hesabat xarakteri daşıyan tədbirdə federasiyanın İcra Komitəsinin üzvləri, təsisçi qurumların və federasiya üzvlərinin nümayəndələri iştirak ediblər.
İclasda federasiyanın baş katibinin 2021-ci ildə gimnastika idman növlərində əldə olunan nailiyyətlər, gimnastlarımızın “Tokio-2020” Yay Olimpiya Oyunlarında iştirakı, paytaxtımızda keçirilən beynəlxalq yarışlar və AGF-in beynəlxalq arenadakı uğurlarından bəhs edən hesabat məruzəsi dinlənilib.
Sonra AGF-in ötən il üzrə maliyyə hesabatı təqdim edilib.
Hesabatların təsdiqindən sonra federasiyanın fəaliyyəti ilə əlaqədar yığıncağın gündəliyində duran digər məsələlərə baxılıb.
“Chessable Masters”: Şəhriyar Məmmədyarov ardıcıl üç turda qələbə qazanıb
Azərbaycan Premyer Liqasında 2021/2022-ci il mövsümünün ən məhsuldar oyunçusu müəyyənləşib
Azərbaycan Premyer Liqasının 2021/2022-ci il mövsümünə yekun vurulub
"Zirə" klubu Azərbaycan Premyer Liqasının bürünc medalını qazanıb
Güləş üzrə yığma komandalarımız təlim-məşq toplanışlarını davam etdirirlər