“Neftçi-2” yoxlama oyununda “Füzuli”yə qalib gəlib
Bakı, 18 yanvar, AZƏRTAC
“Neftçi-2” qış təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. “Neftçi” klubunun əvəzedici komandası Region Liqasında mübarizə aparan “Füzuli” ilə qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan matçda “Neftçi-2” 4:1 hesablı qələbə qazanıb. Komandanın heyətində Asim Əlizadə dubla imza atıb. Digər qolları Samir Qurbanov və Ağadadaş Salyanski vurublar.
Qeyd edək ki, yanvarın 12-dən etibarən klubun inzibati binasının yerləşdiyi bazada toplanışda olan “Neftçi-2” ayın 22-dək bu məkanda, daha sonra isə “Türk Hava Yolları Futbol Mərkəzi”ndə hazırlığı davam etdirəcək. Baş məşqçi Mahmud Qurbanovun rəhbərlik etdiyi komanda daha 3 sınaq matçı keçirməyi planlaşdırır. Yanvarın 21-də “Turan Tovuz”, beş gün sonra “Qarabağ-2”, fevralın 2-də isə U-18 milli komandası ilə yoxlama görüşü nəzərdə tutulub.
“Chessable Masters”: Şəhriyar Məmmədyarov ardıcıl üç turda qələbə qazanıb
Azərbaycan Premyer Liqasında 2021/2022-ci il mövsümünün ən məhsuldar oyunçusu müəyyənləşib
Azərbaycan Premyer Liqasının 2021/2022-ci il mövsümünə yekun vurulub
"Zirə" klubu Azərbaycan Premyer Liqasının bürünc medalını qazanıb
Güləş üzrə yığma komandalarımız təlim-məşq toplanışlarını davam etdirirlər