×
A
A
A
Sazlamalar

“Qarabağ”ın futbolçusunun çıxış etdiyi Kabe Verde millisi Afrika Millətlər kuboku yarışının qrup mərhələsində üçüncü olub

Bakı, 18 yanvar, AZƏRTAC

Ağdamın “Qarabağ” klubunun futbolçusu Patrik Andradenin çıxış etdiyi Kabe Verde millisi Afrika Millətlər kuboku yarışının qrup mərhələsinin üçüncü turunda oyununa çıxıb.
AZƏRTAC xəbər verir ki, milli komanda Kamerun yığması ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb. P.Andrade sözügedən görüşdə 90 dəqiqə oynayıb.
Bu nəticədən sonra Kamerun yığması qrup lideri kimi növbəti mərhələyə adlayıb. Burkina Faso ikinci yerlə pley-offa çıxıb. Kabo Verde millisi isə dörd ən yaxşı qrup üçüncüsündən biri kimi mərhələ adlamaq şansını saxlayır.

İdman 2022-01-18 15:23:00