Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında birinci dövrənin növbəti oyunları keçiriləcək
Bakı, 18 yanvar, AZƏRTAC
Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında birinci dövrənin növbəti oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, üçüncü tur çərçivəsində ilk olaraq meydana “Azərreyl” və “Murov” komandaları çıxacaqlar. Oyun saat 16:00-da başlayacaq. Bu qarşılaşmadan 2 saat sonra UNEC – “Abşeron” duelinə start veriləcək.
Hər 2 görüş Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunacaq.
Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlara azarkeşlər buraxılmayacaq.
“Chessable Masters”: Şəhriyar Məmmədyarov ardıcıl üç turda qələbə qazanıb
Azərbaycan Premyer Liqasında 2021/2022-ci il mövsümünün ən məhsuldar oyunçusu müəyyənləşib
Azərbaycan Premyer Liqasının 2021/2022-ci il mövsümünə yekun vurulub
"Zirə" klubu Azərbaycan Premyer Liqasının bürünc medalını qazanıb
Güləş üzrə yığma komandalarımız təlim-məşq toplanışlarını davam etdirirlər