Azərbaycan Voleybol Federasiyasının baş əlaqələndiricisi CEV kuboku yarışına təyinat alıb
Bakı, 18 yanvar, AZƏRTAC
Avropa Voleybol Konfederasiyası (CEV) Azərbaycan Voleybol Federasiyasının (AVF) baş əlaqələndiricisi Zöhrab Gözəlbəyliyə növbəti dəfə etimad göstərib.
AZƏRTAC AVF-yə istinadla xəbər verir ki, Z.Gözəlbəyli 2022-ci ilin ilk təyinatında kişilər arasında keçiriləcək CEV kuboku yarışının səkkizdəbir final matçı çərçivəsində “Qalatasaray” (Türkiyə) – “ Karlovarsko” (Çexiya) oyununda supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
Yanvarın 20-də İstanbulda keçiriləcək görüşün hakimləri moldovalı Andrei Taran və rumıniyalı Benone Visan olacaqlar.
“Chessable Masters”: Şəhriyar Məmmədyarov ardıcıl üç turda qələbə qazanıb
Azərbaycan Premyer Liqasında 2021/2022-ci il mövsümünün ən məhsuldar oyunçusu müəyyənləşib
Azərbaycan Premyer Liqasının 2021/2022-ci il mövsümünə yekun vurulub
"Zirə" klubu Azərbaycan Premyer Liqasının bürünc medalını qazanıb
Güləş üzrə yığma komandalarımız təlim-məşq toplanışlarını davam etdirirlər