×
A
A
A
Sazlamalar

Formula 2-də debüt edəcək “Van Amersfoort” komandasının ilk pilotu müəyyənləşib

Bakı, 18 yanvar, AZƏRTAC

Cari il Formula 2 yarışında debüt edəcək “Van Amersfoort” komandasının ilk pilotu müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, Niderland təmsilçisi Ceyk Hyuz ilə müqavilə imzalayıb. Britaniyalı pilot 2022-ci il mövsümündə “Van Amersfoort” komandasının heyətində mübarizə aparacaq.
2020-ci ildən Formula 2-də çıxış edən pilot HWA komandasının heyətində ötən il Monza, Soçi və Əbu-Dabi mərhələlərində iştirak edib. C.Hyuzun ən yaxşı göstəricisi Soçi Qran-Prisində olub. Britaniyalı pilot həmin yarışı dördüncü pillədə başa vurub.
Qeyd edək ki, Formula 2 üzrə dünya çempionatının yeni mövsümü martın 20-də Bəhreyndə start götürəcək. Mövsümə noyabrın 20-də Əbu-Dabidə yekun vurulacaq. Mövsümün altıncı mərhələsinə Azərbaycan ev sahibliyi edəcək. Yarış iyunun 10-12-də Bakı şəhər halqasında keçiriləcək. Formula 2 yarışı yeni mövsümü rekord sayda - 14 mərhələdən ibarət olacaq.

İdman 2022-01-18 14:41:00