“Səbail” və “Keşlə” klubları bu gün yoxlama oyununda üz-üzə gələcəklər
Bakı, 18 yanvar, AZƏRTAC
Qış təlim-məşq toplanışını ölkə daxilində keçirən “Səbail” və “Keşlə” futbol klubları bu gün yoxlama görüşü keçirəcəklər.
AZƏRTAC xəbər verir ki, Premyer Liqa təmsilçiləri bir-birilərini sınağa çəkəcəklər. Görüş “Dalğa Arena”da keçiriləcək.
Bu, “Keşlə”nin hazırlıq çərçivəsində ilk yoxlama görüşü olacaq. “Səbail” isə birinci sınağında “Qarabağ”ın ikinci komandası ilə qolsuz bərabərə qalıb.
Qeyd edək ki, “Səbail” ilə “Keşlə” yanvarın 24-də ikinci dəfə yoxlama matçında üz-üzə gələcəklər.
“Chessable Masters”: Şəhriyar Məmmədyarov ardıcıl üç turda qələbə qazanıb
Azərbaycan Premyer Liqasında 2021/2022-ci il mövsümünün ən məhsuldar oyunçusu müəyyənləşib
Azərbaycan Premyer Liqasının 2021/2022-ci il mövsümünə yekun vurulub
"Zirə" klubu Azərbaycan Premyer Liqasının bürünc medalını qazanıb
Güləş üzrə yığma komandalarımız təlim-məşq toplanışlarını davam etdirirlər