Avstraliyalı gimnast Bakıda təlim-məşq toplanışını davam etdirir
Bakı, 18 yanvar, AZƏRTAC
Bədii gimnastika üzrə Avstraliya yığma komandasının üzvü Aleksandra Kiroy-Boqatıryova Milli Gimnastika Arenasında təlim-məşq toplanışını davam etdirir.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ötən ilin dekabrından Bakıda təlim-məşq toplanışı keçən gimnast yerli idmançılarla birgə hazırlaşır. Gimnastın hazırlıq prosesinə azərbaycanlı məşqçilər nəzarət edirlər.
Avstraliya gimnastının təlim-məşq toplanışına yanvarın sonunda yekun vurulacaq.
“Chessable Masters”: Şəhriyar Məmmədyarov ardıcıl üç turda qələbə qazanıb
Azərbaycan Premyer Liqasında 2021/2022-ci il mövsümünün ən məhsuldar oyunçusu müəyyənləşib
Azərbaycan Premyer Liqasının 2021/2022-ci il mövsümünə yekun vurulub
"Zirə" klubu Azərbaycan Premyer Liqasının bürünc medalını qazanıb
Güləş üzrə yığma komandalarımız təlim-məşq toplanışlarını davam etdirirlər