“Qəbələ” idman klubunun samboçuları Azərbaycan çempionatında 13 medal qazanıblar
Bakı, 18 yanvar, AZƏRTAC
Yeniyetmələr, gənclər və kişilər arasında sambo üzrə Azərbaycan çempionatı başa çatıb. “Qəbələ” idman klubunun təmsilçiləri yarışda 13 medal qazanıblar.
AZƏRTAC kluba istinadla xəbər verir ki, “Qəbələ”nin yeniyetmə samboçuları çempionatda 7 dəfə fəxri kürsüyə qalxıblar. İdmançılardan 3-ü qızıl, 2-si gümüş və 2-si bürünc medala sahib olublar. Fərid Zərbəliyev (53 kq), Musaxan Gülməmmədov (64 kq) və Toğrul İbrahimov (79 kq) bütün rəqiblərinə qalib gələrək çempion adına yiyələniblər. Rəşad Əhmədov (53 kq) və Pünhan Göyüşov (71 kq) yalnız finalda uduzaraq gümüş medalla kifayətləniblər. İbrahim İsayev (64 kq) və Qismət Məmmədzadə (79 kq) bürünc medal qazanıblar.
Gənc samboçular 3 bürünc medal əldə ediblər. Belə ki, Sahib Babayev (58 kq), Mövlan Nadirov (71 kq) və Murad Bəşirov (79 kq) fərqləniblər.
Kişilərin mübarizəsində klubun samboçuları bir gümüş və iki bürünc medala sahib olublar. Kənan Babayev (58 kq) ikinci yeri tutub. Eyvaz Baxşıyev (64 kq) və Elgiz Salayev (71 kq) yarışı üçüncü pillədə başa vurublar.
Basketbol üzrə Azərbaycan millisi Serbiyada hazırlıqlarını davam etdirir
Azərbaycanlı atlet Slovakiyada keçirilən yarışda uğurlu nəticə göstərib
Spiros Kapralos: Avropa Oyunlarının tarixi Bakıda başlayıb VİDEO
Hasan Arat: Azərbaycan birinci Avropa Oyunları zamanı bütün qitəyə önəmli mesajlar verdi VİDEO
Futzal üzrə Azərbaycan milli komandasının rəqibləri müəyyənləşib