Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov CEV tərəfindən növbəti təyinat alıb
Bakı, 18 yanvar, AZƏRTAC
Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən növbəti təyinat alıb.
AZƏRTAC Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, E.Zülfüqarov qadın voleybolçular arasında keçiriləcək Çempionlar Liqasının B qrupunda çıxış edən “Vakıfbank” (Türkiyə”) – “LP Salo” (Finlandiya) matçında ikinci hakim olaraq oyunu idarə edəcək. Görüşün baş hakimi rusiyalı Yevgeni Makşanov olacaq.
“Vakıfbank” – “LP Salo” oyunu yanvarın 20-də İstanbulda keçiriləcək.
“Chessable Masters”: Şəhriyar Məmmədyarov ardıcıl üç turda qələbə qazanıb
Azərbaycan Premyer Liqasında 2021/2022-ci il mövsümünün ən məhsuldar oyunçusu müəyyənləşib
Azərbaycan Premyer Liqasının 2021/2022-ci il mövsümünə yekun vurulub
"Zirə" klubu Azərbaycan Premyer Liqasının bürünc medalını qazanıb
Güləş üzrə yığma komandalarımız təlim-məşq toplanışlarını davam etdirirlər