Futzal üzrə Azərbaycan millisinin iki üzvündə koronavirus aşkarlanıb
Bakı, 18 yanvar, AZƏRTAC
Futzal üzrə Avropa çempionatının final mərhələsinə hazırlıq məqsədilə hazırda Belçikada səfərdə olan Azərbaycan milli komandası bu ölkənin komandası ilə keçirilmiş yoldaşlıq oyununda 2 futzalçının xidmətindən istifadə edə bilməyib.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, Belçika millisi ilə yoldaşlıq oyunundan əvvəl götürülən COVID-19 testi Eduardo Borgesdə pozitiv, Rafael Vilelada isə şübhəli çıxıb. Belçika Krallığının qanunlarına əsasən, hər iki futzalçı karantinə alınıb.
Belçika – Azərbaycan yoldaşlıq oyununa meydan sahiblərinin 5:3 hesablı qələbəsi ilə yekun vurulub.
Qeyd edək ki, yanvarın 19-dan fevralın 6-dək Niderlandda keçiriləcək Avropa çempionatının final mərhələsində Azərbaycan millisi D qrupunda mübarizə aparacaq. Yığmamız yanvarın 22-də Gürcüstan, dörd gün sonra İspaniya, ayın 29-da isə Bosniya və Herseqovina ilə qarşılaşacaq.
“Chessable Masters”: Şəhriyar Məmmədyarov ardıcıl üç turda qələbə qazanıb
Azərbaycan Premyer Liqasında 2021/2022-ci il mövsümünün ən məhsuldar oyunçusu müəyyənləşib
Azərbaycan Premyer Liqasının 2021/2022-ci il mövsümünə yekun vurulub
"Zirə" klubu Azərbaycan Premyer Liqasının bürünc medalını qazanıb
Güləş üzrə yığma komandalarımız təlim-məşq toplanışlarını davam etdirirlər