FIFA qadınlar və kişilərdən ibarət 2021-ci ilin rəmzi komandasını açıqlayıb
Bakı, 18 yanvar, AZƏRTAC
FIFA qadınlar və kişilərdən ibarət 2021-ci ilin rəmzi komandasını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, ən yaxşı 11-likdə İngiltərə klublarının futbolçuları üstünlük təşkil ediblər.
Qapıçılardan Canluici Donnarumma (PSJ, Fransa), müdafiəçilərdən David Alaba ("Real Madrid", İspaniya), Ruben Diaş ("Mançester Siti", İngiltərə), Leonardo Bonuççi ("Yuventus", İtaliya), yarımmüdafiəçilərdən Jorjinyo, Nqolo Kante (hər ikisi - "Çelsi"), Kevin De Brüyne ("Mançester Siti", İngiltərə), hücumçulardan isə Kriştiano Ronaldo ("Mançester Yunayted", İngiltərə), Erlinq Holann ("Borussiya" Dortmund, Almaniya), Robert Levandovski ("Bavariya" Almaniya) və Lionel Messi (Paris Sen-Jermen”) yer alıblar.
Qadınlar arasında ötən ilin rəmzi komandasına isə qapıçılardan Kristiana Endler ("Lion", Fransa), müdafiəçilərdən Lüsi Bronz ("Mançester Siti", İngiltərə), Vendi Renar ("Lion"), Brayt Enobakhare ("Koventri Siti", İngiltərə), yarımmüdafiəçilərdən Estefaniya Banini ("Atletiko" Madrid, İspaniya), Karli Lloyd ("Skay Blyu", ABŞ), Barbara Bonansea ("Yuventus", İtaliya), hücumçulardan Vivianne Midyema ("Arsenal", İngiltərə), Marta, Aleks Morqan (hər ikisi - "Orlando Prayd", ABŞ) düşüblər.
“Chessable Masters”: Şəhriyar Məmmədyarov ardıcıl üç turda qələbə qazanıb
Azərbaycan Premyer Liqasında 2021/2022-ci il mövsümünün ən məhsuldar oyunçusu müəyyənləşib
Azərbaycan Premyer Liqasının 2021/2022-ci il mövsümünə yekun vurulub
"Zirə" klubu Azərbaycan Premyer Liqasının bürünc medalını qazanıb
Güləş üzrə yığma komandalarımız təlim-məşq toplanışlarını davam etdirirlər