Futzal üzrə Azərbaycan millisi Belçika yığmasına məğlub olub
Bakı, 17 yanvar, AZƏRTAC
Futzal üzrə Avropa çempionatının final mərhələsinə hazırlaşan Azərbaycan millisi bu gün Belçika yığması ilə yoldaşlıq oyunu keçirib.
AZƏRTAC xəbər verir ki, Borgloon şəhərində təşkil olunan görüş meydan sahiblərinin 5:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Millimizin heyətində Vassoura, Qallo və Bolinha fərqləniblər.
Qeyd edək ki, yanvarın 19-dan fevralın 6-dək Niderlandda keçiriləcək Avropa çempionatının final mərhələsində Azərbaycan millisi D qrupunda mübarizə aparacaq. Yığmamız yanvarın 22-də Gürcüstan, dörd gün sonra İspaniya, ayın 29-da isə Bosniya və Herseqovina ilə qarşılaşacaq.
“Chessable Masters”: Şəhriyar Məmmədyarov ardıcıl üç turda qələbə qazanıb
Azərbaycan Premyer Liqasında 2021/2022-ci il mövsümünün ən məhsuldar oyunçusu müəyyənləşib
Azərbaycan Premyer Liqasının 2021/2022-ci il mövsümünə yekun vurulub
"Zirə" klubu Azərbaycan Premyer Liqasının bürünc medalını qazanıb
Güləş üzrə yığma komandalarımız təlim-məşq toplanışlarını davam etdirirlər