×
A
A
A
Sazlamalar

Yeniyetmə qız sablyaçılarımız Türkiyədə açıq turnirdə mübarizə aparıblar

Bakı, 17 yanvar, AZƏRTAC

Yeniyetmə qız sablyaçılarımız Türkiyənin Ədirnə şəhərində keçirilən açıq turnirdə çıxışlarını başa vurublar.
AZƏRTAC Azərbaycan Qılıncoynatma Federasiyasının saytına istinadla xəbər verir ki, 14 yaşadək qız sablyaçıların şəxsi yarışında qrup mərhələsini 2 qələbə ilə başa vuran Əminə Rzaquluzadə pley-offda keçirdiyi ilk görüşdə yerli idmançı Duru Serdaroğluya 15:3 hesabı ilə qalib gəlib. Növbəti görüşdə təmsilçimiz digər Türkiyə idmançısı Ayşe Duruya 9:15 hesabı ilə uduzub.
Qrupu 2 qələbə ilə bitirən Fatimə Kərimova pley-offda keçirdiyi ilk görüşdə türkiyəli Defne Namı (15:12) məğlub edib. Yerli idmançı Yağmur Beren ilə növbəti görüş isə qılıncoynadanımız üçün uğursuz olub - 1:15.
Qrupda 2 qələbəsi olan Gülarə Tağızadə pley-offda keçirdiyi ilk görüşdə Ayşe Kabakçıya 11:15 hesabı ilə uduzub.

İdman 2022-01-17 17:58:00