×
A
A
A
Sazlamalar

Azərbaycan Super Liqasında birinci dövrənin növbəti oyunlarının keçirilmə yeri və vaxtı dəqiqləşib

Bakı, 17 yanvar, AZƏRTAC

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında birinci dövrənin növbəti oyunlarının keçirilmə yeri və vaxtı dəqiqləşib. Ölkə çempionatının növbəti matçları yanvarın 18-də və 21-də təşkil olunacaq.
Azərbaycan Voleybol Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yanvarın 18-də üçüncü tur çərçivəsində ilk olaraq meydana “Azərreyl” və “Murov” komandaları çıxacaqlar. Oyun saat 16:00-da başlayacaq. Bu qarşılaşmadan 2 saat sonra UNEC – “Abşeron” duelinə start veriləcək.
Yanvarın 21-də isə birinci turun “Azərreyl” – UNEC oyunu keçiriləcək. Matç saat 18:00-da başlayacaq.
Hər 3 görüş Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunacaq.
Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlara azarkeşlər buraxılmayacaq.

İdman 2022-01-17 17:25:00