×
A
A
A
Sazlamalar

Futzal üzrə Azərbaycan millisinin rəqibləri yoldaşlıq oyunlarında güclərini sınayıblar

Bakı, 17 yanvar, AZƏRTAC

Bu gün futzal üzrə Azərbaycan millisi ilə yoldaşlıq oyunu keçirəcək Belçika seçməsi dünən doğma meydanda Niderland yığması ilə qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Avropa çempionatının final mərhələsində ilk rəqibimiz olacaq Gürcüstan yığması isə iki yoldaşlıq matçında gücünü sınayıb. Tacikistan yığması ilə yanvarın 15-də keçirilmiş oyunda 6:2 hesabı ilə qalib gələn rəqibimiz ertəsi gün daha məhsuldar olub 10:1.

İdman 2022-01-17 13:06:00