×
A
A
A
Sazlamalar

Qadın qılıncoynadanlarımız dünya kuboku yarışında mübarizəni dayandırıblar

Bakı, 17 yanvar, AZƏRTAC

Tbilisidə sablya üzrə dünya kuboku yarışları davam edir. Turnirdə qadınların şəxsi yarışında əsas mərhələyə yekun vurulub.
AZƏRTAC Azərbaycan Qılıncoynatma Federasiyasının saytına istinadla xəbər verir ki, reytinqi yüksək olduğundan mübarizəyə əsas mərhələdən qoşulan Anna Başta ilk görüşündə Lusia Martinə (İspaniya) 15:9 hesabı ilə qalib gəlib. Növbəti görüşündə Yaponiya təmsilçisi Şihomi Fukuşimanı 15:14 hesabı ilə məğlub edən qılıncoynadanımız ən güclü 16 qadın sablyaçı sırasına yüksəlib. Təmsilçimiz bu mərhələdə fransalı Manon Brunetə 13:15 hesabı ilə uduzub.
Əsas mərhələyə təsnifatdan yüksələn Səbinə Kərimova burada keçirdiyi ilk görüşdə Rusiya idmançısı Olqa Nikitinaya 8:15 hesabı ilə məğlub olub.
Digər təmsilçimiz Sevil Bünyatova isə əsas mərhələdə keçirdiyi ilk görüşdə Gürcüstan sablyaçısı Teodora Kakhianiyə 9:15 hesabı ilə uduzub.
Turnirə bu gün keçiriləcək komanda yarışından sonra yekun vurulacaq.



 

 

İdman 2022-01-17 11:03:00