×
A
A
A
Sazlamalar

“Real Madrid”in futbolçusu Marselo klubun tarixinə düşüb

Bakı, 17 yanvar, AZƏRTAC

İspaniyanın “Real Madrid” klubunun futbolçusu Marselo komandanın tarixinə düşüb.
AZƏRTAC xəbər verir ki, 34 yaşlı cinah müdafiəçisi buna “Atletik”i 2:0 hesabı ilə məğlub etdikləri Super kubok yarışının final matçında nail olub.
Braziliyalı oyunçu Madrid təmsilçisinin heyətində 23-cü titulunu qazanıb və "kral klubu"nun sabiq kapitanı Serxio Ramosu (22) geridə qoyub.
Marselo hazırda Fransisko Gento ilə birlikdə “kral klubu”nda ən çox titula sahib olan futbolçudur.
Xatırladaq ki, 2007-ci ildən “Real Madrid”də çıxış edən müdafiəçi klubda ən çox mövsüm keçirən əcnəbi oyunçudur.

 

 

İdman 2022-01-17 10:32:00