×
A
A
A
Sazlamalar

Şəhriyar Məmmədyarov növbəti turda da heç-heçə edib

Bakı, 17 yanvar, AZƏRTAC
Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat superturnirinin ikinci turunun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov Rusiya təmsilçisi Andrey Yesipenko ilə mübarizə aparıb. Şahmatçılar 26-cı gedişdə heç-heçəyə razılaşıblar.
Qeyd edək ki, şahmatçımızın birinci turda Rusiyanın diğər təmsilçisi Daniil Dubovla görüşü də heç-heçə başa çatıb.
Dairəvi sistem üzrə keçirilən yarışda 14 şahmatçı iştirak edir.

İdman 2022-01-17 01:51:00