×
A
A
A
Sazlamalar

İngiltərə Premyer Liqası: “Liverpul” qələbə qazanaraq ikinci pilləyə yüksəlib

Bakı, 16 yanvar, Nicat Məmmədov, AZƏRTAC
Yanvarın 16-da futbol üzrə İngiltərə Premyer Liqasının 22-ci turunun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, çempionluğa iddialı “Liverpul” öz meydanında “Brentford” komandasını qəbul edib.
Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 3:0.
Mersessayd təmsilçisinin heyətində Fabinho (44), Aleks Oksleyd-Çemberlen (69) və Takumi Minamino (77) fərqləniblər.
Bu qələbə sayəsində xal ehtiyatını 45-ə çatdıran “Liverpul” ikinci pillədə qərarlaşan “Çelsi”ni iki xal qabaqlayıb. “Brentford” isə 23 xalla 14-cü yerdə qərarlaşıb.

İdman 2022-01-16 22:53:00