×
A
A
A
Sazlamalar

Sosial şəbəkə istifadəçilərinin məlumatları əsasında demoqrafik xüsusiyyətlər araşdırılıb

Bakı, 12 yanvar, AZƏRTAC

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda sosial şəbəkə istifadəçilərinin məlumatları əsasında demoqrafik xüsusiyyətlər araşdırılıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, sosial şəbəkələri təhlil etmək üçün müxtəlif rejimlərdə işləmək, sosial şəbəkənin müxtəlif obyektlərini təhlil etmək və obyektlər arasındakı bütün əlaqələri nəzərə almaq, riyazi modellərə və intellektual analiz metodlarına əsaslanmaq, məlumat toplamaq üçün müxtəlif açıq mənbəli alt sistemləri (sosial şəbəkələr, bloq saytları, xəbər mənbələri və s.) analiz etmək, böyük həcmli verilənləri (Big Data) emal etmək lazımdır. İnsanın sosial davranış xüsusiyyətlərini daha dərindən anlamaq üçün sosial şəbəkələrin inkişafındakı əsas tendensiyalardan biri yeni vasitələrin yaranması, eyni zamanda, məlumat və təcrübə mübadiləsidir. İstifadəçi modelinin və sosial şəbəkələrin funksionallığının daha da genişlənməsi nəticəsində şəxsi məlumatların emalı ilə əlaqədar problemlər daha səmərəli həll ediləcək.

Texnologiya 2022-01-12 18:19:00