Superkompüter texnologiyalarında istifadə edilən proqram təminatlarının müqayisəli təhlili aparılıb
Bakı, 12 yanvar, AZƏRTAC
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda superkompüter texnologiyalarında istifadə edilən proqram təminatları müqayisəli təhlil edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədqiqat çərçivəsində proqram və tətbiqi proqramlaşdırma interfeysləri kimi superkompüter arxitekturası növlərinin təsnifatı aparılıb. Tədqiqat zamanı, həmçinin superkompüter texnologiyalarından istifadənin son ili ərzində əməliyyat sisteminin paylanması dinamikasının öyrənilməsində proqram təminatı müqayisəli təhlil edilib. “Linux”, “Cray Linux Environment”, “CentOS”, “SUSE Linux” “Enterprise Server”, “Unicos” və digər sistemlər nəzərdən keçirilib.
Süni intellekt texnologiyalarının iqtisadiyyata transformasiyası problemləri tədqiq olunur
Kvant mexanizmi ilə beyin funksiyalarını sərgiləyən süni zəka modeli yaradılıb
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
Kibertəhlükəsizlikdə sıçrayış: yeni şifrələmə sistemi kompüteri casus proqramlarından qoruyur
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib