×
A
A
A
Sazlamalar

V.Y.Babanlının “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə Vidadi Yusif oğlu Babanlı “Şərəf” ordeni ilə təltif edilsin.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 yanvar 2022-ci il

Sərəncamlar 2022-01-08 14:07:00