×
A
A
A
Sazlamalar

Norveçin “Equinor” şirkətinin prezidenti və Baş icraçı direktoru Anders Opedaldan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri,
Sizi “Equinor” şirkəti adından 60 illik yubileyiniz münasibətilə təbrik edir, Zati-alinizə cansağlığı və xoşbəxtlik, dost Azərbaycana tərəqqi və firavanlıq arzulayıram.
“Equinor” şirkəti Azərbaycan ilə enerji sektorunda əməkdaşlıqdan qürur duyur. Azərbaycan bizim önəmli beynəlxalq tərəfdaşımızdır. Biz qarşıdakı illərdə əməkdaşlığımızı davam etdirməyə ümidvarıq.
Cənab Prezident, fürsətdən istifadə edərək, Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə də təbrik edir, Sizə, ailənizə və Azərbaycan xalqına ən xoş arzularımı çatdırıram.
Hörmətlə,

 

Anders Opedal

Norveçin “Equinor” şirkətinin prezidenti və Baş icraçı direktoru

 

Məktublar 2021-12-31 16:13:00