×
A
A
A
Sazlamalar

Rusiya Federasiyasının Petrozavodsk şəhərində yaşayan səhiyyə işçisi Diyar Mustafayevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.
Sevimli Azərbaycanımın, qəhrəman xalqımın igid Prezidenti, qalib Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi Sizi 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, uzun və xoşbəxt ömür, bu mürəkkəb zamanda məsuliyyətli və şərəfli işinizdə uğurlar arzulayıram.
Vətən müharibəsində qazanılan böyük Qələbəyə görə Sizə və rəhbərlik etdiyiniz qəhrəman Azərbaycan Ordusuna minnətdarlıq edirəm. Bu gün Azərbaycan xalqı Sizin sayənizdə qalib xalqdır. Sizin sayənizdə fəxr edirik ki, biz azərbaycanlıyıq. Siz böyük xalqımızın başını uca etdiniz, qamətini dikəltdiniz. Sizinlə, xalqımızla, qalib ordumuzla qürur duyuruq.
Cənab Prezident, Vətəndən kənarda olsaq da, özümüzü xoşbəxt hiss edirik. Mənim kiçik qardaşım və 6 əsgər yoldaşı 1997-ci ildə əsir düşməmək üçün özlərini partladaraq Füzuli rayonunda şəhid olublar. Biz gözəl dərk edirik ki, şəhidlərimiz əbəs yerə canlarından keçməyiblər. Siz torpaqlarımızı azad etməklə, ərazi bütövlüyümüzü bərpa etməklə şəhidlərimizin ruhunu şad etdiniz.
Hörmətli Prezident, Sizi bir daha təbrik edir, ən xoş arzularımı çatdırıram.
Hörmətlə,

 

Diyar Mustafayev
Rusiya Federasiyasının Petrozavodsk
şəhərində yaşayan səhiyyə işçisi

Məktublar 2021-12-31 15:53:00