×
A
A
A
Sazlamalar

Rusiya Federasiyasının sabiq dövlət xadimi Gennadi Burbulisdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əziz İlham Heydər oğlu,
Sizi - azad və firavanlaşan Azərbaycanın Prezidentini şanlı 60 illik yubileyiniz münasibətilə təbrik edirəm.
Siz atanız, dahi Heydər Əliyevin vəsiyyətlərinə yaradıcılıqla yanaşır, müasir Azərbaycanın parlaq gələcəyinin formalaşmasına öz bənzərsiz töhfələrinizi verirsiniz. Sizin 60 illik yubileyiniz XXI əsrin sınaqları və çağırışları şəraitində hərtərəfli istedadlı şəxsiyyət, zəkalı və məqsədyönlü islahatçı olan bir siyasətçi üçün gözəl yaşdır.
Əziz İlham Heydər oğlu, Sizə, Sizin gözəl ailənizə və bütün Azərbaycan xalqına ən xoş arzularımı çatdırıram.
Yaşasın firavanlaşan azad Azərbaycan, yaşasın xeyirxahlıq!
Hörmətlə,

 

Gennadi Burbulis
Rusiya Federasiyasının sabiq dövlət xadimi

Məktublar 2021-12-30 15:16:00