×
A
A
A
Sazlamalar

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 584; 2003, № 6, maddə 267; 2004, № 12, maddə 979; 2005, № 5, maddə 393, № 12, maddə 1083; 2006, № 2, maddə 67, № 3, maddə 225, № 12, maddə 1012; 2007, № 12, maddə 1202; 2008, № 12, maddə 1049; 2009, № 6, maddə 395, № 7, maddə 505; 2012, № 6, maddə 528; 2014, № 8, maddə 958; 2016, № 11, maddə 1777; 2017, № 1, maddələr 18, 32; 2018, № 8, maddə 1671, № 12 (I kitab), maddə 2500; 2019, № 8, maddə 1365, № 11, maddə 1688; 2020, № 12 (l kitab), maddə 1449) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.1.5-ci maddəyə “qismində” sözündən sonra “və (və ya) hüquqi şəxs yaratmadan” sözləri, “müstəqil büdcəyə” sözlərindən sonra isə “ və ya pul vəsaitlərinə” sözləri əlavə edilsin.

2. 1.1.7-ci maddəyə “xərclərini” sözündən sonra “(Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun gəlir və xərcləri istisna olmaqla)” sözləri əlavə edilsin.

3. 1.1.13-cü maddə aşağıdakı redaksiyada verilsin:
“1.1.13. büdcə ssudaları – dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə, büdcə təşkilatlarına, dövlət adından yaradılan publik hüquqi şəxslərə, dövlət büdcəsindən maliyyə yardımı alan digər hüquqi şəxslərə, yerli büdcələrdən bələdiyyə təşkilatlarına büdcə ili ərzində verilən və ən geci verildiyi büdcə ilinin sonunadək qaytarılmalı olan maliyyə vəsaiti;”.

4. Aşağıdakı məzmunda 1.1.17-1-ci, 1.1.31-1-ci və 1.1.31-2-ci maddələr əlavə edilsin:
“1.1.17-1. transfert – dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə, büdcədənkənar dövlət fondlarına, məqsədli büdcə fondlarına, büdcədənkənar dövlət fondlarından və məqsədli büdcə fondlarından dövlət büdcəsinə, Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə əvəzsiz verilən (köçürülən) maliyyə vəsaiti;”;
“1.1.31-1. icmal büdcənin gəlirləri – dövlət büdcəsinin gəlirləri (Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert istisna olmaqla), Azərbaycan Respublikasının Dövlət Neft Fondunun gəlirləri, Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri (dövlət büdcəsindən verilən dotasiya istisna olmaqla), dövlət sosial müdafiə fondunun gəlirləri (dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait və dövlət büdcəsindən maliyyələşən təşkilatların məcburi sosial sığorta üzrə ödədikləri sığorta haqlarının məbləği istisna olmaqla), işsizlikdən sığorta fondunun gəlirləri (dövlət büdcəsindən maliyyələşən təşkilatların işsizlikdən sığorta üzrə ödədikləri sığorta haqlarının məbləği istisna olmaqla);
1.1.31-2. icmal büdcənin xərcləri – dövlət büdcəsinin xərcləri (Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin məbləği çıxılmaqla), Azərbaycan Respublikası Dövlət Neft Fondunun xərcləri, Naxçıvan Muxtar Respublikasının büdcəsinin xərcləri (dövlət büdcəsindən verilən dotasiyanın məbləği çıxılmaqla), dövlət sosial müdafiə fondunun xərcləri (dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait və dövlət büdcəsindən maliyyələşən təşkilatların məcburi sosial sığorta üzrə ödədikləri sığorta haqlarının məbləği çıxılmaqla), işsizlikdən sığorta fondunun xərcləri (dövlət büdcəsindən maliyyələşən təşkilatların işsizlikdən sığorta üzrə ödədikləri sığorta haqlarının məbləği çıxılmaqla);”.

5. 1.1.29-cu maddədə “orta və uzunmüddətli” sözləri “bu Qanunun 11-1-ci maddəsinə əsasən müəyyən edilən” sözləri ilə əvəz edilsin.

6. 1.1.32-1-ci maddədən “ümumi” sözü çıxarılsın.

7. 1.1.33-cü maddə ləğv edilsin.

8. 1.1.34-cü maddə aşağıdakı redaksiyada verilsin:
“1.1.34. icmal büdcə xərclərinin yuxarı həddi – bu Qanunun 11-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla hesablanmış göstərici;”.

9. 1.1.35-ci maddədən “digər” sözü çıxarılsın.

10. 1.1.36-cı və 1.1.37-ci maddələr aşağıdakı redaksiyada verilsin:
“1.1.36. icmal büdcənin qeyri-neft baza kəsiri – icmal büdcənin qeyri-neft gəlirləri ilə icmal büdcənin baza xərclərinin fərqi;
1.1.37. ortamüddətli dövr – növbəti büdcə ili və sonrakı üç ili əhatə edən dövr.”.

11. 11.5-ci, 11.15-ci (hər iki halda) və 11.16-cı (hər iki halda) maddələrdən “büdcə qaydasına uyğun hesablanmış” sözləri çıxarılsın.

12. 11-1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 11-1. Büdcə qaydası
11-1.1. Ortamüddətli dövr üzrə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisi və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisi bu Qanunun 11-1.2-ci maddəsinə uyğun olaraq müəyyən edilən yuxarı hədlərdən çox ola bilməz.
11-1.2. İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı hədləri, habelə ortamüddətli dövr ərzində hər büdcə ilinin sonuna hədəflənən icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin yuxarı həddi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
11-1.3. Ortamüddətli dövr üzrə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin yuxarı hədləri həmin dövr üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən xam neftin ixrac qiyməti əsasında hesablanır.
11-1.4. Bu Qanunun 23.4-cü maddəsinə əsasən büdcə qaydasının dayandırılması barədə qərar qəbul edildikdə, bu Qanunun 11-1.3-cü maddəsinə uyğun olaraq icmal büdcənin qeyri-neft baza kəsrinin qeyri-neft ümumi daxili məhsula nisbətinin yuxarı həddi, habelə dövlət borcunun ümumi daxili məhsula nisbətinin yuxarı həddi yenidən hesablanır və bu Qanunun 11-1.2-ci maddəsinə müvafiq olaraq bu qərarların tətbiq olunduğu ildən başlayan ortamüddətli dövr üçün yenidən müəyyən edilir.
11-1.5. İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin hesablanması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.”.

13. 12-ci maddə üzrə:
13.1. 12.1.8-ci maddədə “mühüm investisiya layihələrini” sözləri “investisiya layihələrinin sahələr və istiqamətlər üzrə ümumi məbləğlərini” sözləri ilə əvəz edilsin;
13.2. 12.1.9-cu və 12.1.12-ci maddələr ləğv edilsin.
13.3. 12.1.14-cü maddə aşağıdakı redaksiyada verilsin:
“12.1.14. cari ilin ötən dövrü üçün xalis maliyyə aktivləri barədə arayış;”.

14. 18-ci maddə üzrə:
14.1. 18.3-1-ci maddədən “aylıq,” sözü çıxarılsın;
14.2. 18.7-ci maddəyə “tərəfindən” sözündən sonra “yarımillik və illik dövriliklə” sözləri əlavə edilsin.

15. 19.6-cı maddədən “birdəfəlik təyinatlı” sözləri çıxarılsın.

16. 20.2-ci maddənin dördüncü cümləsi ləğv edilsin.

17. 25.3-1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“25.3-1. Dövlət borcunun əsas məbləğinin qaytarılması üzrə ödənişlər cari büdcə ili ərzində cəlb edilən dövlət borcalması hesabına təmin edildikdə, bu ödənişlərin həmin ilin dövlət büdcəsində dövlət borcuna xidmət edilməsi ilə bağlı nəzərdə tutulan xərclərdən artıq olan hissəsi dövlət büdcəsinin xərclərinə aid edilmir.”.

18. 27-ci maddə üzrə:
18.1. 27.1-ci maddənin birinci cümləsində (birinci halda) “büdcədənkənar dövlət fondları” sözləri “bu Qanunun 1.1.31-1-ci maddəsində nəzərdə tutulan büdcədənkənar dövlət fondlarının” sözləri ilə əvəz olunsun və həmin cümləyə (ikinci halda) “büdcədənkənar” sözündən əvvəl “həmin” sözü əlavə edilsin;
18.2. aşağıdakı məzmunda 27.1-1-ci maddə əlavə edilsin:
“27.1-1. Büdcədənkənar dövlət fondlarının idarə olunması, onların vəsaitlərinin istifadəsi və uçotu bu Qanunun müddəaları nəzərə alınmaqla, həmin büdcədənkənar dövlət fondlarının fəaliyyətini tənzimləyən qanunlara və digər normativ hüquqi aktlara uyğun həyata keçirilir.”;
18.3. 27.2-ci maddənin birinci cümləsinə “xərclər” sözündən sonra “, habelə Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun xərcləri” sözləri əlavə olunsun və həmin maddənin ikinci cümləsi ləğv edilsin;
18.4. 27.4-cü maddənin ikinci cümləsi ləğv edilsin;
18.5. 27.5-ci maddənin birinci cümləsində “Büdcədənkənar” sözü “Bu Qanunun 1.1.31-1-ci maddəsində nəzərdə tutulan büdcədənkənar” sözləri ilə, həmin maddənin ikinci cümləsində isə “Büdcədənkənar” sözü “Həmin büdcədənkənar” sözləri ilə əvəz edilsin;
18.6. 27.7-ci maddədə “büdcədənkənar dövlət fondlarının büdcələrinin layihələrinə və” sözləri “bu Qanunun 1.1.31-1-ci maddəsində nəzərdə tutulan büdcədənkənar dövlət fondlarının büdcələrinin layihələrinə və həmin” sözləri ilə əvəz edilsin;
18.7. aşağıdakı məzmunda 27.8-ci və 27.9-cu maddələr əlavə edilsin:
“27.8. Hüquqi şəxs yaratmadan təsis edilmiş büdcədənkənar dövlət fondlarının xərclərinin yuxarı həddi həmin fondların büdcə ilinin əvvəlinə olan qalığından və il ərzində mədaxil olunacaq vəsaitin cəmindən yuxarı ola bilməz.
27.9. Hüquqi şəxs yaratmadan təsis edilmiş büdcədənkənar dövlət fondlarının maliyyə əməliyyatları barədə illik hesabatları dövlət büdcəsinin icrası barədə hesabatla birgə təqdim olunur.”.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 dekabr 2021-ci il

Qanunlar 2021-12-30 16:04:00