×
A
A
A
Sazlamalar

İordaniyadakı Azərbaycan diasporunun rəhbəri Zümrüd Dadaşovadan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.
Sizi İordaniyadakı Azərbaycan diasporu adından 60 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirik. Sizə cansağlığı, uzun ömür, işlərinizdə uğurlar diləyirik.
Sizin rəhbərliyinizlə işğaldan azad edilmiş torpaqlarımızda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri bizdə böyük sevinc və gələcəyə tam inam hissi yaradıb.
Uzaqgörən, düşünülmüş siyasətiniz, ordumuzun peşəkarlığı və yüksək döyüş hazırlığı, xalqın Sizə olan böyük sevgisi və etimadı nəticəsində qazanılmış möhtəşəm Qələbə hamımızı qürurlandırdı, başımızı uca etdi. Biz qalib xalq olaraq hər zaman qalib Prezidentimizin yanındayıq.
Hörmətlə,

 

Zümrüd Dadaşova

İordaniyadakı Azərbaycan diasporunun rəhbəri,
Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya
Şurasının İordaniya üzrə əlaqələndiricisi

Məktublar 2021-12-30 15:29:00