×
A
A
A
Sazlamalar

Qafqaz Müsəlmanları İdarəsinin Türkiyə üzrə səlahiyyətli nümayəndəsi Bünyamin Çildən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli Prezident, cənab Ali Baş Komandan.
Qafqaz Müsəlmanları İdarəsinin Türkiyə nümayəndəliyi olaraq Sizi 60 illik yubileyiniz münasibətilə təbrik etməkdən sevinc və qürur duyuruq.
Siz təkcə Azərbaycanın deyil, türk və İslam dünyasının iftixar mənbəyisiniz. Çünki Siz illərlə qələbə xəbəri gözləyən türk və İslam dünyasına Zəfər qürurunu yaşatdınız. Sağ olun, var olun!
Hörmətli Ali Baş Komandan, Siz qədirbilən Azərbaycan xalqının Zati-alinizə olan inamı, sevgisi, dəstəyi ilə dövlət-xalq birliyini təmin etdiniz, möhkəmləndirdiniz, ordunu müasirləşdirdiniz. Bunun sayəsində tarixə qızıl hərflərlə yazılan böyük uğur, parlaq Zəfər qazandınız. Siz Azərbaycanı beynəlxalq aləmdə layiq olduğu səviyyəyə çatdırdınız. Artıq Azərbaycan daha qüdrətli, daha çox söz sahibi olan dövlətdir.
Cənab Prezident, Sizin rəhbərlik etdiyiniz qalib ölkənin qardaş Türkiyədə təmsilçisi olmağımın qürurunu xüsusilə yaşayıram. Allah Sizi qorusun! Möhtəşəm zəfərləriniz davamlı olsun!
Sizi bir daha ürəkdən təbrik edir, cansağlığı arzulayır, ən yüksək ehtiramımı çatdırıram.
Hörmətlə,

 

Bünyamin Çil

Qafqaz Müsəlmanları İdarəsinin Türkiyə üzrə
səlahiyyətli nümayəndəsi

Məktublar 2021-12-30 15:18:00