×
A
A
A
Sazlamalar

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583; 2001, № 7, maddə 454, № 9, maddə 576, № 12, maddə 734; 2002, № 5, maddə 249, № 12, maddə 707; 2003, № 8, maddə 425, № 12 (I kitab), maddə 671; 2004, № 1, maddə 1, № 11, maddə 887, № 12, maddə 980; 2005, № 2, maddə 61, № 8, maddə 688, № 12, maddə 1081; 2006, № 12, maddələr 1005, 1026; 2007, № 1, maddə 4, № 6, maddə 597, № 8, maddə 745, № 11, maddə 1053, № 12, maddə 1192; 2008, № 7, maddə 602, № 11, maddə 960; 2009, № 7, maddə 506; 2011, № 1, maddə 14, № 7, maddələr 588, 603, № 12, maddə 1115; 2012, № 6, maddələr 500, 513, № 7, maddə 652, № 9, maddə 841, № 12, maddə 1226; 2013, № 2, maddə 91, № 4, maddə 366, №11, maddə 1278, № 12, maddələr 1483, 1486, 1495; 2014, № 2, maddələr 94, 98, № 6, maddə 608, № 7, maddə 770, № 8, maddə 957, № 10, maddə 1158, № 12, maddə 1525; 2015, № 1, maddə 11, № 12, maddə 1433; 2016, № 2 (I kitab), maddə 207, № 3, maddələr 396, 402, № 5, maddə 848, № 6, maddələr 973, 974, 1015, № 7, maddə 1245, № 10, maddə 1603, № 11, maddələr 1752, 1792, 1793, № 12, maddələr 2001, 2037, 2046; 2017, № 2, maddə 146, № 5, maddələr 695, 723, 737, № 6, maddə 1055, № 7, maddə 1304, № 8, maddə 1509, № 12 (I kitab), maddələr 2219, 2251, 2270; 2018, № 2, maddə 149, № 5, maddə 863, № 6, maddə 1193, № 7 (I kitab), maddələr 1414, 1427, № 10, maddə 1962, №11, maddələr 2186, 2210, № 12 (I kitab), maddələr 2498, 2509; 2019, № 1, maddə 30, № 4, maddə 590, № 5, maddələr 796, 801, 804, 812, 814, № 8, maddələr 1364, 1373, 1378, № 12, maddə 1894; 2020, № 5, maddə 522, № 6, maddələr 668, 678, № 7, maddə 832, № 8, maddə 1013, № 11, maddələr 1328, 1334, № 12 (I kitab), maddələr 1439, 1441, 1454, 1455; 2021, № 3, maddə 211, № 6 (I kitab), maddələr 541, 551, 555, № 7, maddələr 698, 711, № 8, maddə 894, № 10, maddələr 1090, 1092) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 13.2.43 – 13.2.45-ci maddələr ləğv edilsin;
1.2. 16-cı maddə üzrə:
1.2.1. 16.1.8.4-cü maddədə “və lotereya biletlərinin” sözləri “, lotereya biletlərinin, idman mərc oyunu biletlərinin və elektron idman mərc oyunu biletlərinin” sözləri ilə əvəz edilsin;
1.2.2. 16.1.9-cu maddəyə “nağd” sözündən əvvəl “lotereya biletlərinin, idman mərc oyunu biletlərinin və elektron idman mərc oyunu biletlərinin alışı istisna olmaqla” sözləri əlavə edilsin;
1.2.3. aşağıdakı məzmunda 16.1.11-6.4-cü və 16.1.11-12-ci maddələr əlavə edilsin:
“16.1.11-6.4. lotereya biletlərinin, idman mərc oyunları biletlərinin və elektron mərc oyunu biletlərinin satışı, habelə lotereya biletlərinin agent qaydasında satışı ilə bağlı xidmətlərin göstərilməsi;”;
“16.1.11-12. lotereya təşkilatçısı tərəfindən lotereya biletlərinin, idman mərc oyunları operatoru tərəfindən idman mərc oyunu biletlərinin və elektron mərc oyunu biletlərinin satışı, lotereya biletlərinin və idman mərc oyunlarının satıcılarının haqları (mükafatları) haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş formada lotereya təşkilatçısının və idman mərc oyunları operatorunun malik olduqları müvafiq olaraq informasiya sistemi və mərkəzi mərc oyunu sistemi vasitəsilə gündəlik əsasla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülməsini təmin etmək;”;
1.3. 99.3.12-ci maddədə “idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından” sözləri “lotereyalardan və idman mərc oyunlarından” sözləri ilə əvəz edilsin;
1.4. 100-cü maddədə “və idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından” sözləri “, lotereyalardan və idman mərc oyunlarından” sözləri ilə əvəz edilsin;
1.5. 101.5-ci maddədə “İdman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyaların keçirilməsindən” sözləri “İdman mərc oyunlarından, lotereyalardan” sözləri ilə əvəz olunsun və həmin maddəyə ikinci halda “mərc oyunlarından,” sözlərindən sonra “lotereyalardan,” sözü əlavə edilsin;
1.6. 102-ci maddə üzrə:
1.6.1. 102.1.26-cı maddə aşağıdakı redaksiyada verilsin:
“102.1.26. lotereya təşkilatçısı tərəfindən keçirilən lotereyalardan və idman mərc oyunları operatoru tərəfindən keçirilən idman mərc oyunlarından pul şəklində əldə edilən 500 manatadək uduşlar;”;
1.6.2. 102.1.35-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 102.1.36-cı maddə əlavə edilsin:
“102.1.36. lotereya biletlərinin satıcısı ilə bağlanmış müqavilə əsasında və ya onun tapşırığı əsasında lotereya biletlərinin bütün mərhələlərdə agent qaydasında satışının həyata keçirilməsi üzrə göstərilən xidmətlərdən əldə olunan gəlirlər.”;
1.7. 106.1.28-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 106.1.29-cu maddə əlavə edilsin:
“106.1.29. lotereya biletlərinin satıcısı ilə bağlanmış müqavilə əsasında və ya onun tapşırığı əsasında lotereya biletlərinin bütün mərhələlərdə agent qaydasında satışının həyata keçirilməsi üzrə göstərilən xidmətlərdən əldə olunan gəlirlər.”;
1.8. 125.1.8-ci və 150.1.10-cu maddələrdə “idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyaların keçirilməsindən” sözləri “idman mərc oyunlarından, lotereyalardan” sözləri ilə əvəz edilsin;
1.9. 150.1.11-ci maddədə “lotereyaların keçirilməsindən,” sözləri “idman mərc oyunlarından, lotereyalardan,” sözləri ilə əvəz edilsin;
1.10. 164.1.56-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 164.1.57-ci maddə əlavə edilsin:
“164.1.57. lotereya biletlərinin satıcısı ilə bağlanmış müqavilə əsasında və ya onun tapşırığı əsasında lotereya biletlərinin bütün mərhələlərdə agent qaydasında satışının həyata keçirilməsi üzrə xidmətlərin göstərilməsi.”;
1.11. 168.1.5-ci maddənin birinci hissəsinin on birinci abzasına və 169.3-cü maddənin üçüncü hissəsinə “lotereyaların” sözündən sonra “(o cümlədən virtual lotereyaların), idman mərc oyunlarının,” sözləri əlavə edilsin;
1.12. 172.3-cü maddənin ikinci hissəsində “Lotereyalar, turist” sözləri “Turist” sözü ilə əvəz edilsin;
1.13. 172.5.1-ci maddə ləğv edilsin;
1.14. 218.4.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“218.4.2. idman mərc oyunlarının operatoru və idman mərc oyunlarının satıcıları, habelə lotereya təşkilatçısı və lotereya biletlərinin satıcıları olan şəxslər;”;
1.15. aşağıdakı məzmunda 218-1.1.6-cı maddə əlavə edilsin:
“218-1.1.6. Lotereya biletlərinin satıcısı ilə bağlanmış müqavilə əsasında və ya onun tapşırığı əsasında lotereya biletlərinin bütün mərhələlərdə agent qaydasında satışının həyata keçirilməsi üzrə göstərilən xidmətlərdən əldə olunan gəlirlər.”;
1.16. 219.4-cü və 220.9-cu maddələr aşağıdakı redaksiyada verilsin:
“219.4. İdman mərc oyunlarının operatoru üçün idman mərc oyunları biletlərinin satışından əldə edilmiş vəsait, idman mərc oyunlarının satıcısı üçün isə idman mərc oyunlarının operatorunun ona verdiyi haqq (mükafat) sadələşdirilmiş verginin vergitutma obyektidir.”;
“220.9. İdman mərc oyunlarının operatoru tərəfindən idman mərc oyunları biletlərinin satışından əldə edilmiş vəsaitdən 6 faiz dərəcəsi ilə, idman mərc oyunlarının satıcısı tərəfindən isə idman mərc oyunlarının operatorunun ona verdiyi haqdan (mükafatdan) 4 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır.”;
1.17. aşağıdakı məzmunda 219.4-1-ci və 220.9-1-ci maddələr əlavə edilsin:
“219.4-1. Lotereya təşkilatçısı üçün lotereya biletlərinin satışından əldə edilmiş vəsait, lotereya biletlərinin satıcısı üçün isə lotereya təşkilatçısının ona verdiyi haqq (mükafat) sadələşdirilmiş verginin vergitutma obyektidir.”;
“220.9-1. lotereya təşkilatçısı tərəfindən lotereya biletlərinin satışından əldə edilmiş vəsaitdən 6 faiz dərəcəsi ilə, lotereya biletlərinin satıcısı tərəfindən isə lotereya təşkilatçısının ona verdiyi haqdan (mükafatdan) 4 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır.”;
1.18. 221.3.1-ci maddədə “220.9-cu maddəsində” sözləri “220.9-cu və 220.9-1-ci maddələrində” sözləri ilə əvəz edilsin.
Maddə 2. Bu Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 dekabr 2021-ci il

Qanunlar 2021-12-30 14:27:00