×
A
A
A
Sazlamalar

“Atçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Atçılıq haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 5, maddə 399; 2008, № 6, maddə 462; 2009, № 12, maddə 954; 2017, № 1, maddə 13, № 7, maddə 1274; 2020, № 7, maddə 830) 31-ci maddəsi aşağıdakı redaksiyada verilsin:
“Maddə 31. Cıdır-şans (totalizator) oyunlarının təşkili və keçirilməsi
Cıdır-şans (totalizator) oyunları idman mərc oyunlarının operatoru tərəfindən “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təşkil olunur və keçirilir.”.
Maddə 2. Bu Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 dekabr 2021-ci il

Qanunlar 2021-12-30 13:12:00