×
A
A
A
Sazlamalar

Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene Van der Lindendən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, hörmətli Prezident İlham Əliyev.
Sizi 60 illik yubileyiniz münasibətilə təbrik edirəm. Sizə uzun ömür, möhkəm cansağlığı, ölkənizin və xalqınızın mənafeyinə yönəlmiş fəaliyyətinizdə uğurlar arzulayıram.
Son illər Sizin üçün çox əlamətdar oldu. İşğal edilmiş əraziləriniz uzun illərdən sonra yenidən ölkənizin tərkib hissəsi oldu.
Cənab Prezident, Sizə və ailənizə Yeni ildə ən xoş arzularımı çatdırıram. Qoy 2022-ci il Sizə və xalqınıza sülh, firavanlıq və xoşbəxtlik gətirsin!
Pandemiyadan sonra gözəl ölkənizə səfər edəcəyimə ümidvaram.
Hörmətlə,

 

Rene Van der Linden
Niderland-Azərbaycan Dostluq Qrupunun sədri

Məktublar 2021-12-30 11:40:00