×
A
A
A
Sazlamalar

Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialının rektoru Qurban Qurbanovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialının bütün kollektivi adından və şəxsən öz adımdan ən səmimi təbriklərimizi qəbul edin.
Siz dövlət başçısı olduğunuz müddətdə Azərbaycanda və xaricdə milyonlarla həmvətəninizin səmimi rəğbətini və hörmətini, çox böyük nüfuz qazanmısınız. Sizi haqlı olaraq nümunəvi güclü lider, müdrik siyasətçi və istedadlı dövlət xadimi hesab edirlər.
Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, iqtisadiyyatın artımının təmin edilməsi, sosial sahənin, mənəvi dəyərlərin və vətənpərvərliyin inkişafı, xalqın milli maraqlarının tam qorunması Sizin adınızla bağlıdır.
Sizin qətiyyətli qərarlarınız sayəsində Azərbaycan Respublikasının müasir siması formalaşıb, mühüm dəyişikliklər həyata keçirilib. Təhsilin və elmin inkişafı məsələlərinə göstərdiyiniz diqqətə görə Sizə xüsusi minnətdarlığımı bildirirəm.
Bu əlamətdar gündə Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, əmin-amanlıq və firavanlıq, Azərbaycan dövlətinin və xalqının rifahı naminə yeni-yeni uğurlar və zəfərlər arzu edirəm.
Hörmətlə,

 


Qurban Qurbanov
Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialının rektoru

Məktublar 2021-12-29 19:58:00