×
A
A
A
Sazlamalar

"Mir" Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Milli Nümayəndəliyinin direktoru İlqar Paşazadədən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri,
Siz öz vəzifənizi yorulmadan və şərəflə yerinə yetirərək bütün həyatınızı xalqımıza və dövlətimizə həsr etmisiniz. Siz öz gücünüzü, enerjinizi, vaxtınızı, həyat və dövlətçilik təcrübənizi və biliklərinizi dövlətimizin və onun sakinlərinin rifahına sərf edirsiniz.
Bu gün Azərbaycan Sizin rəhbərliyinizlə beynəlxalq birliyin tanınmış və nüfuzlu üzvü, regionda sülhün və sabitliyin qarantı kimi dünyada layiqli yer tutur. Siz, dünyamiqyaslı siyasi xadim kimi, öz üzərinizə götürdüyünüz öhdəliklərin yerinə yetirilməsində, milli və beynəlxalq layihələrin gerçəkləşməsində müdriklik və əzmkarlıq nümayiş etdirirsiniz. Sizin ölkənin iqtisadi inkişafına, yüksək mənəvi və əxlaqi ab-havanın qorunub saxlanmasına, mədəniyyətin, elmin və təhsilin inkişafına yönəlmiş planlarınızın həyata keçirilməsi sayəsində bütün sahələrdə güclü artım müşahidə olunur, bu da vətəndaşlarımızın rifahına müsbət təsir göstərir. Sizin əzmkarlığınız və qətiyyətiniz sayəsində rəşadətli Azərbaycan Ordusu ölkənin ərazi bütövlüyünü bərpa etdi, beynəlxalq hüququn normalarına uyğun olaraq Qarabağı Azərbaycanın yurisdiksiyasına qaytardı. Məhz Sizin Ali Baş Komandan kimi öz xalqını birləşdirmək və səfərbər etmək qabiliyyətiniz Azərbaycanı Vətən müharibəsində zəfərə çatdırdı. Bütün xalqımız Sizi xilaskar kimi görərək öz müdrik liderinin ətrafında sıx birləşdi, lider də xalqımızın böyüklüyünü bütün dünyaya nümayiş etdirdi.
Əzmkarlığınız, uzaqgörənliyiniz, qətiyyətiniz sayəsində mümkün olmuş möhtəşəm Qələbəyə görə Sizə bir daha dərin təşəkkürümü bildirmək istəyirəm. Bu Qələbə bütün xalqların mənafeyi naminə regionun inkişafı və əməkdaşlığı üçün böyük imkanlar yaradıb.
Bu gün Azərbaycan Sizin rəhbərliyinizlə öz tarixinin yeni, əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş dövlətçiliyimizin möhkəmlənməsi və inkişafı zəminində qurulmuş qızıl dövrünü yaşayır. Biz "Mir" və "Mir-24" telekanallarında öz verilişlərimizdə Sizin ölkəmizin hərtərəfli inkişafı və həmvətənlərimizin vahid azərbaycançılıq ideyası ətrafında birləşməsi istiqamətində atdığınız addımlar barədə qürurla söhbət açırıq. Sizin sayənizdə vətənpərvərlik dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar üçün, sadəcə, söz deyil, öz Vətənimizlə, öz qələbəmizlə, öz liderimizlə qürur duymağa imkan verən əlaqələndirici qüvvə olub.
Siz öz dahi atanız, ulu öndər Heydər Əliyevin işinin layiqli davamçısı kimi KİV-lərin, o cümlədən teleradioların inkişafına daim diqqət yetirir, öz peşəkar fəaliyyətində fərqlənmiş jurnalistlərin yüksək dövlət təltiflərinə layiq görülməsi barədə hər il sərəncamlar imzalayırsınız. Məsələn, hörmətli cənab Prezident, 2010-cu ildə Siz məni Azərbaycanın Əməkdar jurnalisti fəxri adı, 2016-cı ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etmisiniz. 2011-ci il fevralın 16-da "Mir" telekanalına verdiyiniz müsahibədə bizim MDB xalqları arasında dostluğun möhkəmlənməsinə və dərinləşməsinə yönəlmiş fəaliyyətimizi yüksək qiymətləndirmisiniz. Çox sağ olun.
Öz adımdan və "Mir" Dövlətlərarası Teleradio Şirkətinin bütün çoxmillətli kollektivi adından Sizi 60 illik yubileyinizlə əlaqədar ürəkdən təbrik edirəm. Sizə uzun ömür, möhkəm cansağlığı, Azərbaycanın rifahı naminə çətin işinizdə uğurlar, Sizə və gözəl ailənizə xoşbəxtlik və firavanlıq arzu edirəm.
Dərin hörmətlə,

 


İlqar Paşazadə
"Mir" Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Milli Nümayəndəliyinin direktoru, Əməkdar jurnalist

Məktublar 2021-12-29 19:55:00