×
A
A
A
Sazlamalar

Rusiya Federasiyası Primorsk diyarı qubernatorunun müşaviri, Primorsk diyarındakı "Azərbaycan Konqresi" Milli-Mədəni İctimai Təşkilatının sədri Mərdan Novruzovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.
Hörmətli İlham Heydər oğlu.
Uzaq Şərqin Azərbaycan diasporu adından yubileyiniz münasibətilə səmimi təbriklərimizi qəbul edin.
Sizin prezidentliyiniz illərində Azərbaycanın bütün sahələrdə firavanlaşan ölkəyə çevrilməsində ümummilli lider kimi rolunuz şəksizdir.
Bütün sosial-iqtisadi məsələlər kompleksi Sizin daimi nəzarətinizdədir, həyat fəaliyyətinin müxtəlif sahələri modernləşdirilir, ölkənin ənənələri və mədəniyyəti qorunub saxlanılır. Sizin peşəkarlığınız, ictimai-siyasi və idarəçilik fəaliyyətinizdə zəngin təcrübəniz, əməksevərliyiniz, həqiqi vətənpərvərliyiniz qarşıya qoyulmuş hədəflərə nail olmaqda, Azərbaycan vətəndaşlarının rifahı naminə işinizdə Sizə kömək edir.
Biz azərbaycanlılar fəxr edirik ki, bizim Prezidentimiz dünyanın böyük siyasətçiləri sırasındadır, Qarabağ müharibəsində qalib gəlib, Azərbaycanın ərazi bütövlüyünü bərpa edib və bu gün Azərbaycan dünyada ən mühüm siyasi proseslərin gedişini müəyyən edir.
İcazə verin, Sizə səmimi-qəlbdən firavanlıq, dövlətçiliyin daha da möhkəmləndirilməsi işində hərtərəfli uğurlar, ailə xoşbəxtliyi, cansağlığı və başınız üzərində aydın səma arzularımızı bildirim. Qoy Sizin bilikləriniz, əzmkarlığınız və məqsədyönlülüyünüz doğma xalqımızın rifahı naminə səmərəli işinizin etibarlı təməli olsun, Azərbaycanı daha böyük uğurlara və nailiyyətlərə doğru aparsın!
Hörmətlə,

 

Mərdan Novruzov
Rusiya Federasiyası Primorsk diyarı qubernatorunun müşaviri, Primorsk diyarındakı "Azərbaycan Konqresi" Milli-Mədəni İctimai Təşkilatının sədri

Məktublar 2021-12-29 19:52:00