×
A
A
A
Sazlamalar

Ukraynada fəaliyyət göstərən Odessa Azərbaycanlıları Diasporunun “Birlik” İctimai Təşkilatının sədri Rövşən Quliyevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.
Mən Odessa Azərbaycanlıları Diasporunun “Birlik” İctimai Təşkilatının rəhbəri kimi Odessada yaşayan azərbaycanlılar adından Sizi doğum gününüz münasibətilə təbrik etmək şərəfinə nail olduğuma görə sevinirəm. İcazə verin, Sizə möhkəm cansağlığı və böyük ailə səadəti arzulayım.
Sizin müdrik siyasətiniz sayəsində Azərbaycan beynəlxalq aləmdə çox böyük nüfuz qazanaraq regionun ən inkişaf etmiş ölkəsinə çevrildi.
Ümummilli lider Heydər Əliyevin söylədiyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” ifadəsi çox qiymətlidir və Sizin sayənizdə dünyada yaşayan bütün azərbaycanlıların şüarına çevrilib.
Bütün azərbaycanlıların Prezidenti kimi hər şeyə görə Sizə təşəkkür edirik.
Hörmətlə,

 

Rövşən Quliyev
Ukraynada fəaliyyət göstərən Odessa Azərbaycanlıları
Diasporunun “Birlik” İctimai Təşkilatının sədri

Məktublar 2021-12-29 14:46:00