×
A
A
A
Sazlamalar

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının fəxri sədri Bilal Dündardan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan.
Xalqlarımız arasındakı dostluq, qardaşlıq münasibətlərinin, ölkələrimizin “bir millət, iki dövlət” prinsipi ilə inkişaf edən əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edən Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası və Kocaeli Azərbaycan Heydər Əliyev Mədəniyyət Evi Dərnəyi adından Sizə yubileyiniz münasibətilə səmimi təbriklərimizi, cansağlığı, xoşbəxtlik arzularımızı çatdırırıq.
Siz Azərbaycanın işğal altındakı torpaqlarını azad etməklə bizə böyük sevinc və qürur hissi yaşatdınız. Eyni zamanda, Müzəffər Ali Baş Komandan kimi adınızı əbədi olaraq Azərbaycanın tarixinə həkk etdiniz.
Cənab Prezident, Sizə dərin hörmət və ehtiramımızı bildiririk.
Hörmətlə,

 

Bilal Dündar
Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının fəxri sədri,
Kocaeli Azərbaycan Heydər Əliyev Mədəniyyət Evi Dərnəyinin sədri

Məktublar 2021-12-29 13:52:00