×
A
A
A
Sazlamalar

İstanbul Türkiyə-Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunludan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.
İstanbul Türkiyə-Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinin idarə heyəti və bütün üzvləri adından Sizi 60 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirik.
Böyük zəfərlər böyük insanlarla qazanılır. Uzun illər işğal altında qalmış Azərbaycan torpaqları Sizin əmrinizlə həyata keçirilən uğurlu əməliyyat nəticəsində böyük qəhrəmanlıqla azad edildi. Bu şanlı Zəfər bütün türk dünyasını sevindirdi. Bizə bu xoşbəxtliyi yaşatdığınıza görə Sizə minnətdarlığımızı bildiririk.
Cənab Prezident, Sizə uzun ömür, cansağlığı, Azərbaycanın daha da inkişafı naminə fəaliyyətinizdə uğurlar diləyirik.
Hörmətlə,

 

Səfər Qaraqoyunlu
İstanbul Türkiyə-Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinin (İSTAD) sədri

Məktublar 2021-12-29 12:33:00