×
A
A
A
Sazlamalar

Yaponiyada əhalinin sağlamlıq müddətində rekord göstərici qeydə alınıb

Tokio, 29 dekabr, AZƏRTAC

Yaponiyanın hökumət orqanları yerli əhalinin uzunmüddətli tibbi yardım almadan fəal həyat tərzi keçirmə dövrü ilə bağlı orta yaş həddini əks etdirən rekord göstərici qeydə alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə dekabrın 29-da NHK telekanalı məlumat yayıb.
Təqribən 200 min ailənin iştirak etdiyi sorğunun nəticələrinə görə, bu göstərici kişilər arasında 72,68 yaş, qadınlar da isə 75,38 yaş təşkil edir. Həmin tədqiqatın ilk dəfə aparılmağa başladığı 2001-ci ildən bəri kişilərin sağlam həyat müddətinin 3,28, qadınların isə 2,73 il artdığı qeyd edilir.
Hakimiyyət orqanlarının proqnozlarına əsasən, 2040-cı ildə ölkədə əhalinin tərkibində yaşlı insanların payı 35,3 faiz təşkil edəcək. Hazırda bu göstərici 29,1 faizə bərabərdir.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Bu maraqlıdır 2021-12-29 09:27:00