×
A
A
A
Sazlamalar

“Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921 – 2021)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 23, maddə 996; 1993, № 23-24, maddə 676; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 251; 2003, № 12 (I kitab), maddə 677; 2005, № 4, maddə 291; 2006, № 10, maddə 846; 2007, № 3, maddə 213; 2008, № 6, maddələr 452, 472; 2009, № 1, maddə 4, № 5, maddə 312, № 7, maddələr 514, 515, № 12, maddə 974; 2010, № 3, maddə 174, № 11, maddə 960; 2011, № 11, maddə 992; 2012, № 7, maddə 664, № 11, maddələr 1036, 1048, 1061; 2013, № 5, maddələr 460, 478, № 10, maddə 1143, № 12, maddə 1477; 2014, № 6, maddələr 612, 623; 2015, № 12, maddə 1447; 2016, № 12, maddələr 1979, 2040; 2017, № 1, maddələr 16, 27, № 7, maddə 1311, № 10, maddə 1771, № 11, maddə 1962, № 12 (I kitab), maddələr 2242, 2269; 2018, № 2, maddə 168, № 3, maddə 387, № 5, maddələr 841, 859, 874, № 6, maddə 1190, № 11, maddə 2207, № 12 (I kitab), maddələr 2465, 2516; 2019, № 3, maddə 369, № 5, maddə 790, № 11, maddə 1693, № 12, maddə 1909; 2020, № 5, maddə 506, № 11, maddələr 1324, 1325, № 12 (I kitab), maddələr 1428, 1430; 2021, № 1, maddə 9) 2-ci maddəsinə “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920 – 2020)” yubiley medalı;” hissəsindən sonra aşağıdakı məzmunda yeni hissə əlavə edilsin:
“Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921 – 2021)” yubiley medalı;”.
Maddə 2. “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921 – 2021)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
Maddə 3. “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921 – 2021)” Azərbaycan Respublikasının yubiley medalının təsviri” təsdiq edilsin (əlavə olunur).


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 dekabr 2021-ci il

 Azərbaycan Respublikasının
2021-ci il 14 dekabr tarixli
Qanunu ilə təsdiq edilmişdir
 

“Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921 – 2021)” Azərbaycan Respublikasının yubiley medalı haqqında
ƏSASNAMƏ


Maddə 1. Təltif edilən şəxslər
“Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921 – 2021)” Azərbaycan Respublikasının yubiley medalı ilə elm, təhsil və pedaqoji kadr hazırlığı sahələrində yüksək nailiyyətlər əldə etmiş, bu sahələrin inkişafına xüsusi töhfə vermiş, sosial-mədəni inkişafda fəal iştirak etmiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşları, o cümlədən keçmiş əməkdaşları, məzunları, həmçinin elm, təhsil və beynəlxalq əməkdaşlıq sahəsində dövlət siyasətinin həyata keçirilməsində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tərəqqisində xüsusi xidmətləri olan Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər.
Maddə 2. Təltif edən orqan
“Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921 – 2021)” Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.
Maddə 3. Taxılma qaydası
“Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921 – 2021)” Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.

Azərbaycan Respublikasının
2021-ci il 14 dekabr tarixli
Qanunu ilə təsdiq edilmişdir

 “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921 – 2021)” Azərbaycan Respublikasının yubiley medalının təsviri


Maddə 1. Medalın ümumi təsviri
“Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921 – 2021)” Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan dairəvi lövhədən ibarətdir.
Maddə 2. Medalın ön tərəfi
2.1. Medalın ön tərəfi daxili və xarici çevrələrlə konturlanmışdır.
2.2. Xarici və daxili çevrələrin arasında yuxarı qövs boyunca tünd göy rəngli fonda “AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ” sözləri, aşağı qövs boyunca “1921 – 2021” rəqəmləri yazılmışdır. “1921 – 2021” rəqəmlərindən sol və sağ tərəflərdə yuxarıya doğru uzanan sünbül budaqları, ondan sonra isə səkkizguşəli ulduz təsvir olunmuşdur.
2.3. Medalın daxili çevrəsinin üzərində qızılı rəngli fonda ucları aşağıdan yuxarıya uzanan aypara və onun mərkəzində təhsili simvolizə edən kitab emblemindən ibarət kompozisiya təsvir olunmuşdur. Həmin kompozisiyanın yuxarı hissəsinə loqotip şəklində “ADPU – 100” sözləri həkk edilmişdir.
2.4. Səkkizguşəli ulduz, çevrənin konturları, aypara və kitab emblemi, sözlər və rəqəmlər, “ADPU – 100” loqotipi və sünbül budaqları relyefli olaraq qızılı rəngdədir.
Maddə 3. Medalın arxa tərəfi
3.1. Medalın arxa tərəfinin yuxarı hissəsində loqotip şəklində qızılı rəngdə “ADPU – 100” sözləri, mərkəzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əsas binasının tarixi hissəsinin eskizi relyefli həkk olunmuşdur.
3.2. Medalın arxa tərəfinin aşağı hissəsində medalın seriyası və nömrəsi göstərilir.
Maddə 4. Medalın elementləri
4.1. Medal paltara bərkidilmək üçün elementi olan, 50 mm x 37 mm ölçüdə beşbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir. Xara lentin yuxarı hissəsinə mərkəzində relyefli kitab emblemindən ibarət kompozisiya, sol və sağ tərəflərə doğru isə sünbül budaqları təsvir edilmiş qızıl suyuna çəkilmiş 40 mm x 5,5 mm ölçüdə bürünc lövhə bərkidilmişdir.
4.2. Xara lentin üzərində kənarlardan mərkəzə doğru ardıcıl olaraq 1,5 mm enində qızılı, 2 mm enində ağ, 7,5 mm enində qızılı, 2 mm enində ağ, 3,5 mm enində tünd göy və mərkəzdə eni 4 mm olan qızılı rəngli şaquli zolaqlar təsvir olunmuşdur.
4.3. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə edilir.

 

Qanunlar 2021-12-27 14:02:00