×
A
A
A
Sazlamalar

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 3 noyabr tarixli 574 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində ali hərbi (xüsusi) rütbəli vəzifələrin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 3 noyabr tarixli 574 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 11, maddə 902; 2012, № 12, maddə 1300; 2018, № 12 (I kitab), maddə 2650) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində ali hərbi (xüsusi) rütbəli vəzifələrin siyahısı”nda dəyişiklik edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 dekabr 2021-ci il

Sərəncamlar 2021-12-22 16:32:00