×
A
A
A
Sazlamalar

Ötən ay 320,1 kiloqram qızıl istehsal edilib

Bakı, 17 dekabr, AZƏRTAC

Noyabr ayında mədənçıxarma sənayesində istehsal olunmuş əsas məhsul növlərindən sayılan qiymətli metal filizlərinin 320,1 kiloqramı qızılın payına düşüb.
AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir ki, bu göstərici əvvəlki ayla müqayisədə 51,4 kiloqram çox olub.
Dekabrın 1-nə olan vəziyyətə əsasən, 214,6 kiloqram hazır qızıl ehtiyatı var.

Sənaye 2021-12-17 17:04:00